Akif Nəsirli: "Bu qədər vəsaitin ölkədən çıxması problem yaratmaz"Azərbaycan işğal olunmuş torpaqlarını Ermənistandan 10 milyard dollara satın ala bilərmi? Azərbaycan mətbuatı Rusiyanın politrus.com portalına istinadən sensasiyalı xəbər paylaşıb. Portal yazır ki, guya Prezident İlham Əliyev Soçi görüşündə Dağlıq Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif edib. Sarkisyan isə 10 milyard dollara razılaşıb. Vəsaitin ildə 3 milyard olmaqla bir neçə mərhələdə köçürüləcəyi yazılır.
Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və beynəlxalq təşkilatların sülhməramlılarının nəzarətinə verməlidir.
Ermənistan Prezident Administrasiyasındakı mənbə Azərbaycanın Qarabağ üçün İrəvana pul təklif etdiyi iddialarını şərh edib. Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, mənbə bu barədə heç bir danışığın aparılmadığını deyib. "Qarabağ nə 5, nə 10, nə də 50 milyard dollara verilə bilməz", - o bildirib. Əgər xəbərdə yayılan məlumat reallaşarsa, Azərbaycanın bu vəsaiti ödəməyə iqtisadi imkanı varmı?
İqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a ölkəmizin bu məbləği ödəmək qabiliyyətində olduğunu deyir: "Bu gün dövlət büdcəsi 20 milyard manat həcmindədir. Ümumi valyuta ehtiyatı isə 50 milyard dollardan çoxdur. Azərbaycanın bundan əlavə qızıl ehtiyatları var. Düşünürəm ki, 10 milyard manat Azərbaycan üçün böyük məbləğ deyil. Doğrudur, kiçik vəsait də deyil. Sadəcə, təsəvvür yaratmaq üçün deyə bilərəm ki, dövlət büdcəsinin yarısı, valyuta ehtiyatlarının isə 5-də biri qədərdir".
A.Nəsirli əlavə etdi ki, ölkədən belə böyük məbləğdə vəsaitin çıxmasının iqtisadiyyata ciddi təsiri ola bilməz: "Əvvəla, belə razılaşmalarda vəsaitlər birdəfəlik köçürülmür. Mərhələli şəkildə həyata keçirilir. İkincisi də, büdcədə investisiya xərcləri böyük paya malikdir. Keçən ilki büdcənin 38-40 faizini investisiya xərcləri təşkil edirdi. Təqribən 10 milyard səviyyəsində idi. Qarabağı müharibə ilə alsaq, itkilərimiz bundan qat-qat çox ola bilər. Özü də insan itkiləri müharibədə bərpa olunmayan itirilmiş resurslar sayılır. Ona görə də Azərbaycan üçün sərfəli yol ola bilərdi. Sadəcə olaraq, bu şayiədir, hansısa politoloqun təsəvvürüdür. İnanmıram ki, Soçi görüşündə belə bir səpkidə danışıqlar olub".
Vüsalə RÜSTƏMOVA
Mənbəə:www.bizimyol.info

No comments: