Sidebar Ads
» »Etiketsiz » Türkiyədən başsağlığı: “8 şəhidin ağrısını ürəyimizdə hiss edirik”

Türkiyə bu gün cəbhə xəttində şəhid olan 8 əsgərlə bağlı Azərbaycana başsağlığı verib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bununla bağlı verdiyi açıqlamada şəhidlərimizə rəhmət diləyib: "Şəhid olan azəri qardaşlarımıza xalqımız və dövlətimiz adından rəhmətlərimi bildirirəm. 8 şəhidin ağrısını ürəyimizdə hiss edirik".

Xatırladaq ki, ötən 3 gün ərzində cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 8 hərbçisi şəhid olub.

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi isə yaralanıb.

Müəllif: GM_MONSTER

«
Sonra
Newer Post
»
Əvvəl
Older Post

No comments:

Şərh yaz