"Qazaxın bəzi kəndlərinin boşaldılması ilə bağlı yayılan məlumatlar əsassızdır. Düzdür cəbhədə atışma olur. Dünən ermənilər saat 19:00-dan başlayaraq ara-sıra mövqeylərimizi atəşə tutmuşdular. Lakin əsgərlərimiz onlara layiqli cavab verirlər. Heç bir kənd boşaldılmayıb”. Bunu rayon icra başçısının müavini Tahir Musayev bildirib.
FaktXəbər-in məlumatına görə, dünən bəzi kütləvi informasiya vasitələrində Qazax rayonunda, təmas xəttində şiddətli döyüşlər getdiyi və rayonun cəbhəyə yaxın ərazisində iki kəndin boşaldıldığı xəbəri yayılmışdı.
Qeyd edək ki, Müdafiə Nazirliyindən də yayılan xəbərlərin yalan olduğunu bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ANS-ə açıqlamasında, "hazırda bütün cəbhə xətti boyunca Azərbaycan Ordusunun əsgərləri vəziyyətə tam nəzarət edirlər. Cəbhə xətti boyunca isə mövqeylərdə heç bir dəyişiklik olmayıb", - deyə bildirib.


No comments: