Azərbaycan ordusu İsrail hərbi sənaye istehsalı olan "Ekstra" və Pakistan ballistik raketləri ilə təmin olunacaq.
"Ekstra"
raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr
kalibrə malikdir, uzunluğu isə 3,97 metrdir. Pakistan raketi isə
"Xatf-4" "Şahin-1" raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət
məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə
başlıqları daşımağa qadirdir.
Qeyd
edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü
satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında "İsgəndər"
operativ-taktiki raket komplekslərini yerləşdirib. (anspress)


No comments: