Şəhid olmasına baxmayaraq xalqımızın qəlbində hələ də yaşayan milli qəhrəmanlarımızdan biri də Hacıyev Əlif Lətif oğludur...
1990-cı ilin sentyabrın 5-də bəraət alan Əlif Hacıyev DİN-nin əmri ilə 1990-cı il dekabrın 21-də Xocalı təyyarə limanı xəttdaxili işlər bölməsinin rəisi təyin edildi. Ona həm də Xocalı təyyarə limanında komendant vəzifəsi tapşırılmışdı.
O zamanlar Yerevandan Xankəndinə 30-a qədər reys olurdu. Gələnlərin əksəriyyəti təxribatçı ünsürlər və araqarışdıran siyasətçilər idilər. Buna artıq yol vermək olmazdı.
Əlifin əmri əsasında reyslərin sayı azaldıldı. Gələn sərnişinlər diqqətlə yoxlanılırdı. Bunun sayəsində Əlifin dəstəsi 114 kq təxribatçı ədəbiyyat tutmuşdu. Aparılan əməliyyatlar nəticəsində yeddi cinayətkar yaxalanmışdı.
Ermənilər get-gedə quduzlaşırdı. Reyslər azaldıqca təxribatlar da çoxalırdı. «Çalışın diqqətli olun, özünüzü də qorumağı unutmayın!» -deyə Əlif uşaqlara tapşırıq verdi. Bu vaxt səmada vertolyot göründü. Hamı təəccüblə bir-birinin üzünə baxdı , çünki heç bir reys gözlənilmirdi. Az keçmədi, vertolyot meydançaya endi. Sallaq bığlı, qara palto geyinmiş Zori Balayan pilləkəndə göründü. Ətrafa nəzər salıb sakit addımlarla aşağı düşdü. Xankəndindən gələn ağ rəngli Volqa Zorinin qarşısında dayanıb, onun maşına minməsini xahiş etdi. Əlif irəli gəlib Zorini başdan-ayağa süzdü:
- “Gədalarını da götür geri Yerevana qayıt, səni Xankəndinə buraxmayacağam.
- Nəyə görə?
- Çünki, sən qatı daşnaksan, tayqulağın nəvəsisən”.
Zori qulaqlarına qədər qızardı. Gözləri qan çanağına döndü. Mübahisənin əbəs olduğunu görüb, Volqaya yaxınlaşdı və qapıya əl atdı. Əlif onun məqsədini başa düşdü:
- “Axmaq erməni, yadında saxla ki, bura Azərbaycandır, bizim torpağımızdır. Sənin kimi murdar donuzların bu torpağa gəlməyə haqqı yoxdur”.
Zori Balayan SSRİ Xalq deputatı idi. Onun toxunulmazlıq haqqı var idi. Buna baxmayaraq, Əlif ona Azərbaycan qanunlarına tabe olmağı anlatdı.
Zori salaq bığlarını tumarladı, iflic vurmuş xəstə adam kimi vertolyota doğru getdi. Vaxtsız gələn qonaqlar qan çanağı olan Ermənistana geri döndü.
Xocalı qırğınında Əlif Hacıyev kimi oğlumuzu, sözün həqiqi mənasında son damla qanına qədər vətəndaş andına, əsgər andına sadiq qalan sərkərdəliyə layiq bir qəhrəmanımızı itirdik. Əlif Hacıyev son dəqiqələrini , demək olar ki, odun-alovun içində, yerdən-göydən üstünə yağan güllələrin altında vuruşurdu. Əlif özünü çox asanlıqla xilas edə bilərdi. Ancaq onda öz xalqının oğlu olmaz, qəhrəman səviyyəsinə yüksəlməzdi. Son nəfəsinə qədər qəhrəmanlığını saxlaya bildi. Son anna qədər körpələri, qocaları, qızları xilas etdi. Bu elə an, eləm məqam idi ki, o, özünü unutmalı idi. Unutdu da. Özünü o zaman yada saldı ki, artıq son gülləni özünə sıxmaq məqamı yetişmişdi.
Dünya qara rəngə boyanmışdı o gecə. Sayrışan ulduzlar yoxa çıxmış, gecənin zülmətindən qorxan ay gizlənərək görünməz olmuşdu.
Xocalı ermənilər yaşayan Həsənabad, Mehdikənd, Daşbulaq, Bozdağ, Əsgəran və Kətik istiqamətindən mühasirə olunmuşdu. Aeroportu mühafizə edən milis dəstələri çox narahat idilər. Ölkə rəhbərliyi tərəfindən əhalinin mühasirədən çıxarılması üçün heç bir tədbir görülmürdü. Əlif Hacıyev bir an belə ratsiyadan ayrıla bilmir, əsəbiləşirdi. Dispetçer məntəqəsindən vertolyot meydançasına nəzər salır, ürəyi sıxılırdı.
Atəş səsi. Topların gurultusundan,mərmilərin partlayışından yer-göy lərzəyə gəlmişdi. Rusiyanın 4-cü ordusunun 366-cı hissəsi Xocalını xarabazara çevirməsində xüsusi canfəşanlıq göstərirdi. Şəhər bütün növ silahlardan atəşə tutulmuşdu. Qocalara, qadınlara, uşaqlara rəhm olunmurdu. Döyüş meydanında qətlə yetirildikdən sonra ölüləri yenidən güllələyirdilər. Milli ordunun əsgərlərini və «Omon»çuları daha ağır cəzalandırırdılar. Onların başlarını, qollarını, ayaqlarını kəsir, Xocalı yolunun üstünə düzürdülər. Əl-ayağı bağlanıb qətlə yetirilən qocaların, qadınların cənazələrinə baxmaq mümkün deyildi.
Əlif od tutub yanan şəhərə baxdı. Alov yeri-göyü bürümüşdü. O, cəld addımlarla dispetçer məntəqəsinə yaxınlaşdı. Aeroportu minalayaraq oranı tərk etdi. Bir azdan məntəqə göyə sovruldu. Hər şey yanırdı. Daş da, torpaq da od tutub alovlanırdı. İnsanların qışqırığı, qadınların fəryadı bir-birinə qarışmışdı.
Əlif Hacıyevin rəhbərlik etdiyi dəstə xüsusi təlim görmüş 366-cı alayın döyüşçülərinin təzyiqinə rast gəlmişdi. Mühasirəni yarmaq, qocaları, qadınları, uşaqları döyüş meydanından uzaqlaşdırmaq lazımdı. Şaxta adamın iliyinə işləyir, soyuq insanı qılınc kimi kəsirdi. Şəhəri od-alov içində görən əhali özünü Qarqar çayına vurmağa belə qorxmurdu. İnsanlar vahimə içindəydilər, kim hansı tərəfə qaçacağını belə bilmirdi.
Hava işıqlaşırdı. Adamlar pərən-pərən düşmüşdülər. Onlar meşəyə doğru qaçırdılar. Adamların ölüm qabağı qışqırıq səsləri, yaralıların iniltiləri eşidilirdi. Dəhşətdən ağlını itirmiş adamlar əzizlərindən çətinliklə ayrılırdı. Ağdam tərəfə gedənlər isə düşmən pulemyotunun səsindən səksənir, taxıl kimi biçilirdilər.
Əlif bütün bunları gördükcə ürəyindən qara qanlar axırdı. O, özünü yıxılanlara yetirir, körpələri, yaralıları ayağa qaldırırdı. Hər tərəf atəş altındaydı. Dəstə qəhrəmanlıqla döyüşürdü. Onlar ermənilərin atəş nöqtələrini susdurur, qaçqınların irəli gəlməsinə kömək edirdilər. Yarasından damla-damla qan axırdı. Bu qan qarı qırmızı rəngə boyamışdı. Yerini dəyişmək istədi. Bacarmadı. Sol qolu şişib kötüyə dönmüşdü. Ətrafına baxdı. Qəmli-qəmli düşündü Əlif:
-Sol qolum sözümə baxsaydı bu alçaq ermənilərin dərsini yaxşı verərdim.
Çətinliklə sol tərəfə çevrilə bildi. Tapançada beş güllə vardı. «Hələ döyüşmək olar!»- deyə acı-acı gülümsündü.
Əlifin sol qolundan dəyən «gəzəyən» güllə daxili orqanları zədələyərək sağ tərəfdən çıxmışdı. Əlif həmişə ən təhlükəli yerlərdə olardı. O öz ölümü ilə yüzlərlə Adama azadlıq verdi. O özünü qorumurdu, Vətəni Azərbaycanı, dünyalar qədər sevdiyi Qarabağı qoruyurdu. Özünü qorusaydı həlak olmazdı. Ailəli idi. İki qız övladı var. Əlif Hacıyev Şəhid oldu. Şəhidlər isə müqəddəsliyə qovuşurlar. Fevralın 29-da onun cənazəsini Bakıya-Şəhidlər Xiyabanına gətirdilər. Şəhidlər Xiyabanı sükuta dalmış, Xəzərin qaşları çatılmışdı. Burada dağ da, torpaq da ağlayır, pərvanətək Şəhidlər Xiyabanında boynunu bükən ağaclar da vaxtsız dünyadan köç edən şəhidlərə göz yaşı axıdırdılar.
Burada uyuyan oğul və qızlarımız vətənimizin, torpaqlarımızın bütövlüyü naminə canlarından keçiblər. Onları unutmağa heç birimizin mənəvi haqqı yoxdur.
Unutma, ey Türk oğlu, bunu! Unutmağa haqqın yoxdur! «Qisas qiyamətə qalmaz»-deyib atalar. Bu qəhrəmanların qisasını almalıyıq. Bu ruhda böyü, bu ruhda yaşa! Əlif Hacıyev kimi vətənini sev, onun qəhrəmanlığı ilə fəxr et!
“Milli Qəhrəman” qəzeti

No comments: