Sidebar Ads
» » İsgəndərov Əlabbas Qara oğlu


20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra isə kəndlərinə qayıdaraq təsərrüfatla məşğul olur. Zəhmətkeş olduğuna görə onu İcra kollektivinə başçı seçirlər. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstələri yaradılanda ora ilk yazılanlardan biri də Əlabbas oldu. 1992-ci ildə mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılır. Məhz Əlabbasın qəhrəmanlığı sayəsində 40 nəfər döyüşçünün həyatı xilas edilmişdir. 5 mart 1992-ci ildə Qazançı kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək, həlak olub.
Ailəli idi. Üç övladı yadigar qalıb. 
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı Fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 
Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Müəllif: GM_MONSTER

«
Sonra
Newer Post
»
Əvvəl
Older Post

No comments:

Şərh yaz