Sidebar Ads
» » ASALA FƏALININ ETİRAFI: -QARABAĞI UDUZURUQ


"Ermənistan Dağlıq Qarabağda qələbə qazandı. Lakin hazırda Ermənistan məğlubiyyətə doğru gedir".
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın ASALA terror təşkilatının fəal üzvü Vazqen Sislyan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağ uğrunda sonadək mübarizə apara bilmədi: "Biz hazırda müharibə vəziyyətindəyik. Ermənistanın bu gün Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət məğlubiyyətə gətirib çıxaracaq",  - deyə ASALA fəalı bildirib.
Vazqen Sislyan həmçinin qondarma erməni soyqırımı haqda fikirlərini deyib. O. bildirib ki, nə Ermənistan hökuməti, nə də diasporu hələ o səviyyəyə çatmayıb ki, erməni soyqırımını dünyaya tanıda bilsin. Onun sözlərinə görə, Ermənistan hökumətinin “erməni soyqırımı”nın Türkiyəyə tərəfindən tanınması üçün heç bir gücü yoxdur./http://anspress.com/

Müəllif: GM_MONSTER

«
Sonra
Newer Post
»
Əvvəl
Older Post

No comments:

Şərh yaz