Şamaxıda erməni vəhşilikləri – 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın bir çox bölgələrində olduğu kimi Şamaxıda da törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Bu siyasət azərbaycanlılara qarşı dünyada görünməmiş vəhşiliklərlə yadda qalmışdır.
1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hallanır.
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxı şəhəri və Şamaxı qəzasında törətdikləri vəhşiliklərin ifşası hələ də diqqətdən kənardadır. Ermənilərin toplum halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə Azərbaycan kəndinin əhatəsindəki Şamaxı şəhərində ermənilərin azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda dəhşətə gəlirik. Ancaq təkzibolunmaz faktdır ki, Bakıdan S.Şaumyan və J.Korqanovun köməyi ilə erməni daşnakları onlarca Azərbaycan kəndini tar-mar etmiş, on minlərlə günahsız əhalini qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox məharətlə bacarırlar. S.Şaumyan 1918-ci ilin aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotlarla təchiz olunmuş "yeni dəstələr" göndərdiyini etiraf edirdi.
Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan Bakı və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik etmişdir.
Arxivlərimizdə ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhərində və Şamaxı qəzasının azərbaycanlıların yaşadıqları kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. Bu sənədlər arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ barədə komissiya sədrinə məruzəsi, bu qırğınlarda günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. sənədlər qorunub saxlanılır.
Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərdidə və şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir. Bu işdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzə xüsusilə diqqəti cəlb edir. Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə ətraflı şərh olunurdu. Orada göstərilir ki, Şamaxı şəhəri iki hissədən ibarətdir. Yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Yuxarıda əsasən ermənilər və malakanlar, az miqdarda da müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərli və həm də kəndlilərdən olan müsəlmanlar ermənilərlə və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərlə münaqişə zamanı Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Buna baxmayaraq, Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri həmin vaxtda zərər çəkmiş erməni qardaşları ilə həmrəylik xatirinə müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və 1905-ci ildə incidilmiş ermənilərin hayıfını çıxmaq üçün əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər: "Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün "müqəddəs Həzrət Abbasınızı çağırın" – deyə qışqırırmışlar.
1918-ci il martın 19-u gecəsi həkim Sazonov Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab almışdır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir".

No comments: