Xocalı soyqrımını dünyaya tanıtdırmaq məqsədi ilə əksər ölkələrdə keçirilən aksiyalar Türkiyədə möhtəşəmliyi ilə davam edir. Dünən "Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanan daha bir tədbir İstanbulda baş tutub. İstanbul Baş Konsulluğunun və konsul Həsən Zeynalovun təşkilatçılığı ilə keçirilən toplantı həm yerli, həm də beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub.
Toplantıya Azərbaycanın tanınmış ictimai xadimləri ilə yanaşı Türkiyənin nüfuzlu şəxsləri və təşkilatları qatılıb. Qardaş ölkənin mətbuatı Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüzün tədbirdə çıxışına və minlərlə yüzlərlə əhli-beyt tərəfdarının çoşqulu şüarlar səsləndirməsinə daha çox diqqət çəkiblər.
Türkiyə mətbuatı yazır ki, "Halkalı Zeynebiye”də təşkil olunan mərasimdə İstanbulun dörd bir yanından gənc, yaşlı minlərlə adam iştirak edib.
http://www.zeynebiye.com/83070_Hocali-Soykirimi-Halkali-da-Anildi-(Foto).html
Azərbaycanla Türkiyənin dövlət himnlərinin oxunmasıyla başlayan mərasimdə İstanbulun Baş konsulu Həsən Zeynalov , MHP sədrinin köməkçisi Atila Kaya , millə vəkili Əli Özgündüz , Dünya Cəfəri Alimlər Birliyi başqanı Həsən Karabulut İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumu kabinet başqanı Elməddin Mehdiyev, Azərbaycanın millət vəkilləri Elman Məmmədov, Aqil Abbas, Azərbaycan Müəllimləri Qadınlar Dərnəyi sədri Şərqiyə Məmmədova çıxış edərək erməni vəhşiliyinin insanlıq üzərində həyata keçirdiyi vəhşiliklərdən danışıblar. 22 il əvvəl Xocalıda törədilən soyqırımın dünyanın ən böyük faciələrindən biri kimi tanıdılması üçün sarsılmaz türk qardaşlığına güvəndiklərini bildiriblər. Toplantıda "Hamımız Mübarizik , Qarabağa girərik", "Qarabağ erməniyə məzar olacaq", "Türkiyə - Azərbaycan - iki bədəndə bir can" şüarları səsləndirilib.http://www.adalet.az/

No comments: