Sidebar Ads
» » Xocalı soyqırımına görə 39 nəfər istintaqa cəlb olunmalıdır


Azərbaycan Hərbi Prokurorluğunda Xocalı soyqırımının törədilməsində 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş Prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.

X.Vəliyev qeyd edib ki, bunların arasında yalnız ermənilər deyil, eyni zamanda keçmiş Sovet Birliyinin 366-cı alayının komandir və zabit heyəti var.

X.Vəliyev əlavə edib ki, 1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqırımlar, cinayətlər və deportasiyalar ilə bağlı Prokurorluqda 3 istiqamətdə istintaq aparılır.

Onun sözlərinə görə, birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s. yaşayış məntəqələrində Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, ikinci istiqamət ermənilər tərəfindən nəqliyyat, vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilən cinayətlər, üçüncü isçtiqamət isə əsir və girov götürülmüş insanlara qarşı törədilən cinayətlərdir.

X.Vəliyev bildirib ki, indiyə qədər 2089 nəfərin bu cinayəti törətməsi müəyyən edilib.

Müəllif: GM_MONSTER

«
Sonra
Newer Post
»
Əvvəl
Older Post

No comments:

Şərh yaz