26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur. Haqq, Ədalət, Namus, Qeyrət prinsipləri ilə yaşayan Asifin həyat yolu hamar olmur. O, həbsxana həyatı keçirir...1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını həbsxanada yatır. Yerdə qalan vaxtı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində "Təcili yardım" maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Həbs cəzasını qurtaran Asif azadlığa buraxılır.Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar. Bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. 1991-ci il31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. Asif 1992-ci il 7 mart "N" saylı hissəyə komandir təyin edilir.10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edildi. 24 iyun 1992-ci il Naxçıvanlı kəndində ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1993-cü il 27 oktyabr onun səhhəti ağırlaşır. Hərbi hissəni təhvil verərək müalicəsini davam etdirməli olur. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov 1 iyul 1994-cü ildə vəfat edir.
Teqlər: Qəhrəmanlarımız
Subscribe to:
Post Comments (Atom)
Ən çox oxunanlar
Xəbərlər
.....
..............


No comments: