Sidebar Ads
» » Qarakənd faciəsi və ya 20 noyabr faciəsi


Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bunda idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın (yəni azərilər və ya ermənilər) sıxışdırıldığı məlum deyil. Bu səbəbdən də onlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Onlar əvvəlcə Ağdama üz tutdular və bir neçə saat sonra onlar Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur.20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi.  Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.
Həlak Olanlar

  • Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
  • İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
  • Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
  • Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
  • Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
  • Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
  • Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
  • Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
  • İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
  • Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
  • Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
  • Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
  • Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
  • Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
  • Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
  • Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
  • Alı Mustafa oğlu Mustafayev – telejurnalist
  • Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
  • Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
  • Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
  • Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
  • Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü

1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytnant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi helikopterin erməni quldurları tərəfindən vurulmasına münasibət bildirərkən deyib ki, əgər onun ezamiyyət müddətini artırsaydılar, Qarakənd səmasında vurulan helikopterdə o da olacaqdı.

Müəllif: GM_MONSTER

«
Sonra
Newer Post
»
Əvvəl
Older Post

No comments:

Şərh yaz